Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Deyirdim, Azərbaycanda Rusiya hərbi bazasını yaradaq” - DEPUTATIN AÇIQLAMALARI MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

"Bəli, mən illər əvvəl belə təkliflə çıxış etmişdim. Hətta qeyd etmişdim ki, Qarabağda tam suverenliyimizi bərpa edək və lazım gəlsə, Azərbaycanda bir zamanlar Qəbələdə olduğu kimi Rusiya hərbi bazasını yaradaq. Niyə? Çünki hərbi bazanın statusu dəqiq məlum olur və onun ölkənin daxili siyasətinə müdaxilə etmək, münaqişəni qızışdırmaq imkanı çox məhdud olur, nəinki münaqişə bölgəsində yerləşən sülhməramlıların... Bu mənada dediyim təklif sərfəli variant idi. Biz Qarabağda mütləq suverenliyimizi təmin edirik, əvəzində Rusiyanın hərbi bazası olur və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv oluruq. Amma indi biz Qarabağ üzərində tam suverenliyimizi bərpa etməmişik, həm də təhlükəli variantda sülhməramlılar ölkəyə gəlib. Fikrimcə, mənim təklifim də maraqlarımıza tam cavab verirdi". Azmarka.az-ın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev "Teleqraf"a müsahibəsində "Bir neçə il əvvəl siz deyirdiniz ki, əslində Azərbaycan Qarabağ danışıqlarını Rusiya ilə aparmalıdır. Hətta buna görə sizə hücumlar oldu, tənqidlərə məruz qaldınız. Necə düşünürsünüz, nəticə olaraq dedikləriniz baş verdimi" sualının cavabında deyib.

"Bəziləri qərəzdən, bəziləri anlaşılmazlıqdan, bəziləri həqiqətən başa düşmürlər ki, bizim torpaqlarımız Rusiya Ermənistanı müdafiə etdiyindən işğal altında qalırdı. Prezident İlham Əliyev də deyirdi ki, bizi Ermənistanla təkbətək buraxın. Özünüzdən mif yaratmısınız ki, guya güclü ordunuz var, gəlin təkbətək döyüşək. Cənab Prezident əgər deyirsə ki, gəlin təkbətək döyüşək, deməli sənin arxanda başqası var. O dövrdə mən əslində deyirdim ki, tərəf Rusiyadır, onunla danışmaq lazımdır. Bu mənada məncə, siyasətdən uzaq, sadəlövh və elementar düşünmək imkanların məhdud olmalıdır ki, sən Azərbaycanın siyasi, diplomatik sahədə danışıqlar aparmadan, hazırlıq görmədən Ermənistanın təxribatına əks-hücumla cavab verə biləcəyini düşünəsən. Bəziləri yenə də özlərini başqa cür aparır, deyirlər ki, biz niyə Xankəndinə daxil olmadıq və s." söyləyən deputat bunun səbəbini də açıqlayıb: "Anlayanlar bilir ki, biz Rusiyanın bu münaqişəyə cəlb olunmasında maraqlı deyilik. Rusiyanın bu münaqişəyə cəlb edilməsi müharibənin nəticəsindən asılı olmayaraq Suriya və başqa ölkələr kimi fəlakət olar. Odur ki, atəşkəs imzalanan günün səhəri mən bəyan etdim ki, biz hazırkı şəraitdə mümkün olan maksimum nəticələrə nail olduq".

Qeyd edək ki, Q.Həsənquliyevin Azərbaycanda Rusiya hərbi bazasını yaratmaq barədə dedikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları onun bu söylədiklərini qınaqla qarşılayıb.


Azmarka.az

Digər xəbərlər

  • 18.12.2020
  • 18.12.2020
  • 17.12.2020
  • 16.12.2020
  • 16.12.2020
  • 11.12.2020
  • 9.12.2020
  • 7.12.2020
  • 7.12.2020
  • 3.12.2020
  • 22.11.2020
  • 19.11.2020
  • 18.11.2020
  • 17.11.2020
  • 29.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031