Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

3 gün ərzində 111 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

17-20 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 31 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 123 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 30 ədəd tank əleyhinə mina və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 20.12.2020
  • 18.12.2020
  • 14.12.2020
  • 9.12.2020
  • 7.12.2020
  • 4.12.2020
  • 30.11.2020
  • 30.11.2020
  • 29.11.2020
  • 4.11.2020
  • 2.11.2020
  • 18.10.2020
  • 12.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031