Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ucarda avtomobil dayanacağa çırpılıb, iki nəfər ölüb

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Azmarka.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930