Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

FHN isti havada yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

APA FHN-in sayına istinadən xəbər verir ki, müraciətdə deyilir:

Pensiya sosial müavinətdən az olacağı təqdirdə müavinət təyin ediləcək
Allerqoloq bronxial astma xəstəliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib
BQXK: Qarabağ müharibəsi ilə bağlı saxlanılan şəxslərə ötən il 94 başçəkmə olub
Ətraflı
Ad - 00:13
"Havaların isinməsi və yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və daha sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur.

Belə ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli və təbii sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayır və bir neçə sadə təhlükəsizlik qaydalarını bir daha xatırladır:

- taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz qoymayın;

- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;

- küləkli havada tonqal qalamayın;

- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;

- yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və “112” qaynar xəttinə məlumat verin.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!”

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930