Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilir - VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir.

MN-dən verilən xəbərə görə, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir.
Təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunur.
Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir.



Azmarka.az

Digər xəbərlər

  • 4.06.2022
  • 6.05.2022
  • 5.05.2022
  • 21.02.2022
  • 2.02.2022
  • 3.12.2021
  • 29.11.2021
  • 22.06.2021
  • 22.04.2021
  • 16.04.2021
  • 14.04.2021
  • 12.04.2021
  • 6.04.2021
  • 18.03.2021
  • 1.02.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930