Sosial
20.02.2021
144
Ucarda ağır yol qəzası: 3 ölü, 2 yaralı
Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. /report
Azmarka.az