Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanlı alimin "Post-COVID-19" təqdimatı dünyada bir ilk olub

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-la bağlı apardığı elmi tədqiqatlarla yanaşı xəstəliyin yeni növ ağırlaşmasından bəhs edən klinik-radioloji təqdimat hazırlayıb.

Azmarka.az-ın məlumatına görə, dünya tibb elmində ilk dəfə olaraq yeni növ ağırlaşmadan və onun fərqli müalicəsindən bəhs edən təqdimat artıq Almaniyanın ən çox oxunaqlı elmi dərgilərindən olan Almaniya Nevrologiya Cəmiyyətinin rəsmi jurnalında dərc olunub.

Bununla da material elmi ictimaiyyətə təqdim edilib.

Müəlliflərin klinik-radioloji təqdimatında COVID-19 xəstəliyinin bu günə qədər elmi ədəbiyyata daxil edilməyən ciddi ağırlaşmasından bəhs olunur. Qeyd olunan ağırlaşma da zamanında doğru diaqnoz və müalicə ilə tamamən aradan qalxıb.

Elmi ədəbiyyatda ilk dəfə COVID-19-un bu şəkildə ciddi ağırlaşmasından - MERS (encephalitis/encephalopathy with a reversible splenial lesion) və myelitin birlikdə təzahür etməsindən bəhs edən kliniki təqdimatda dünyanın nüfuzlu alman alimləri ilə eyni sırada azərbaycanlı alimin də olması Azərbaycan tibb tarixində növbəti bir ilkdir.

Kliniki təqdimatla buradan tanış olmaq olar:

Qeyd edək ki, N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.


Azmarka.az

Digər xəbərlər

  • 18.03.2021
  • 6.02.2021
  • 12.01.2021
  • 11.01.2021
  • 22.12.2020
  • 22.12.2020
  • 16.12.2020
  • 14.12.2020
  • 9.12.2020
  • 21.11.2020
  • 16.11.2020
  • 7.11.2020
  • 22.10.2020
  • 1.10.2020
  • 17.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031