Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şamaxıda yolun dumanlı olması qəzalara səbəb olub, xəsarət alanlar var

Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.

Azmarka.az-ın xəbərinə görə, bu gün Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində iki "VAZ 2107" və bir "Daewoo-Nexia" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Məmmədov Amil Mühübbət oğlu və 1956-cı il təvəllüdlü Məmmədova İradə Ağamusa qızı xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, hadisəyə yolun dumanlı olması və nəqliyyatın hərəkətinin çətinləşməsi səbəb olub. Eyni vaxtda həmin ərazidə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930