Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kürdə suyun səviyyəsi ilə bağlı SON MƏLUMAT

Kür çayında suyun səviyyəsi artıb.

Azmarka.az xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi, ölkəmizin ərazisinə intensiv yağışların düşməsi dağ çaylarında olduğu kimi, Kür çayına da öz təsirini göstərib.

Bu da Kürün aşağı axınında Salyan və Neftçala rayonlarında özünü daha çox qabarıq göstərir. Belə ki, son bir həftədə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr, Neftçalada isə 60 santimetr qalxıb. Nəticədə əvvəllər məhsuldar işləyə bilməyən su nasosları normal qaydaya düşüb, əkin sahələrinin suvarılmasında olan çətinliklər aradan qalxıb.

Xüsusilə Neftçalada yaranmış kritik vəziyyət aradan qalxıb. Artıq Xəzər Kürə yox, çay dənizə axır.

Mütəxəssislərin fikrincə, bol sululuq dövrü olduğundan çayda suyun səviyyəsinin artımı bundan sonra da davam edəcək. /report


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031