Xəzərin Dağıstan sahilində ölü tapılan suitilər quş qripinə yoluxubmuş

Azmarka.az: Dağıstanın Xəzər sahillərində ölən suitilərdə quş qripi aşkarlanıb.

Bu barədə Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib.

"Dekabr ayında Xəzərin sahildə aşkar olunan suitilərdən götürülmüş nümunələr üzərində aparılan tədqiqatların ilkin nəticələrinə görə onlarda quş qripi aşkar edilib. A tipli qrip virusu üçün praymerlərlə PCR-dən istifadə edilən tədqiqatlar müsbət nəticə verib. Hal-hazırda araşdırmalar davam edir. Amma əminliklə deyə bilərik ki, quş qripi virusu aşkar edilib”, - deyə mütəxəssis vurğulayıb.

Hacıyevin sözlərinə görə, hazırda suitilərdən aşkar edilən quş qripi virusunun ştamının növü müəyyənləşdirilir.