Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda 10 yaşlı uşaq müəmmalı xəstəliyə tutulub: ağzından qan gəlir və... - VİDEO

Gəncə sakini 10 yaşlı Alsu Sadıqovanın iki aya yaxındır ki, ağzından qan gəlir. İndiyə qədərki müayinələrdən heç bir nəticə ala bilməyən ailə bu xəstəliyin əlacını bilən həkim axtarır.

Azmarka.az-ın məlumatına görə, əvvəl gicgahlarında ağrı başlayır, ürəkbulanma verir, sonra isə boğazından gələn qan ağzına dolur.

Təxminən yarım saat davam edən bu hal iki aydan bəridir ki, bəzən gündə bir neçə dəfə baş verir.

Uşağın anası Məhsəti Qurbanova övladının xəstəliyinə əlac tapmaq üçün Gəncə və Bakıda bir neçə klinikaya müraciət edib, uşağı həkim müəyinələrindən keçirib, laborator analizlər verib. Ancaq nə bu tədbirlər, nə də ən müasir tibbi aparatlarla müayinələr Alsunun şikayətinin səbəbini aşkara çıxarıb.

Uşağın səbəbi tapılmayan xəstəliyi artıq onda digər problemlər də yaratmağa başlayıb. İştahsızlıq, halsızlıq, tez-tez qanama qorxusu ilə məktəbə də gedə bilməyən Alsu tezliklə sağalıb yoldaşlarına qoşulmaq istəyir. Ailə bu xəstəliyin əlacını bilən həkim axtarır.

Anası Alsu Sadıqovanın xəstəliyinin əlacının tapılacağına inanır.

Azmarka.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Azmarka.az


Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031