Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Masallıda qeyri-adi MƏKTƏB İMƏCİLİYİ - Regional Təhsil İdarəsinin müdiri də qatıldı, ORTAYA GÖZƏL GÖRÜNTÜLƏR ÇIXDI

Son zamanlar Azərbaycanın cənub bölgəsindəki təhsil müəssisələrindən ürəkaçan, sevindirici xəbərlər gəlir. Belə ki, bu il mayın əvvəllərində idarəyə yeni müdir təyin olunan Elxan Nəcəfov kollektivinə təqdim olunub.

Elxan müəllimin həmin vəzifəyə təyinatının nə qədər doğru addım olduğu isə qısa müddətdə təsdiqlənib. Onun təcrübəsi, çalışqanlığı tezliklə öz sözünü deyib. Regional idarə əməkdaşlarına təqdim olunarkən etdiyi çıxışında kollektiv və pedaqoji heyət adından üzərlərinə düşən vəzifələrin və öhdəliklərin uğurla icrasına inandığını bildirən Elxan müəllimin bu əminliyinin əbəs olmadığını görmək üçün cəmi bir ay kifayət edib.

Belə ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müsbət, dinamik fəaliyyəti vətənimizn bu dilbər guşəsindəki məktəblərdə ciddi canlanma yaradıb. Nəticədə isə ortaya bir-birindən maraqlı görüntülər çıxır.

Sosial şəbəkələrdə geniş yayılan və hər kəsin təqdirlə qarşıladığı həmin görüntülərdən sonuncusu isə Masallı rayon Mololon kənd ümumi orta məktəbinin pedaqoji heyəti və kənd icması birlikdə təşkil olunan iməciliklə bağlıdır.

İməciliyin keçirilməsində məqsəd məktəb və icma əlaqələrini möhkəmləndirmək və bu əməkdaşlıq nəticəsində məktəbdə abadlıq işləri apararaq şəraiti yaxşılaşdırmaqdır.

İməcilik zamanı əsası 1970-ci ildə qoyulmuş məktəbin 2 ibtidai sinif otağında, kitabxanada, məktəbin dəhlizində və həyətində abadlıq işləri görülüb. Məktəbin sinif otaqlarının döşəməsi təmir olunub, divarları rənglənib, lövhələr və elektrik xətti yenilənib.

Lənkəran Peşə Liseyinin əməkdaşları tərəfindən hazırlanmış dolablar və stol məktəbə hədiyyə edilib.

İməcilikdən görüntüləri izləyənlər İdarə müdiri Elxan Nəcəfovun kollektiv və pedaqoji heyətlə bərabər fəal iştirakını təqdir edib, onun bu sadəliyinin və çalışqanlığının örnək olmasını arzulayıblar.

Azmarka.az Lənkəran şəhər, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayon təhsil şöbələrinin əsasında yaradılan Lənkəran-Astara Regional Təhsil İdarəsinə, – başda Elxan müəllim olmaqla, – bundan sonrakı fəaliyyətində də böyük uğurlar arzulayır və idarənin Mololon kənd ümumi orta məktəbinin pedaqoji heyəti və kənd icması birlikdə təşkil olunan iməciliyindən gözəl görüntüləri öz oxucuları ilə paylaşır.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930