Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan Ordusunda yeni tədris ili başladı

Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris ili başlayıb.

Azmarka.az xəbər verir ki, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq, aparılan döyüş əməliyyatlarının təhlilinin nəticələri, o cümlədən hərbi və digər təhdidlərin xarakteri nəzərə alınmaqla, dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək.

2021-ci tədris ilinin əsas məqsədləri müasir, yüksək texnologiyalardan geniş istifadə etməklə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qərargahların bacarıqlarının, habelə onların heyətləri arasında uzlaşmanın təkmilləşdirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə nazirinin göstərişi ilə 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın düzgün tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsi dəyərləri dərindən öyrənilərək, dövlətimizin və xalqımızın mənafeyininin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasına, habelə istənilən şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilmə əzmini yüksək səviyyədə saxlanmasına istiqamətləndiriləcək.

Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaq.


Azmarka.az

Digər xəbərlər

  • 30.01.2021
  • 29.01.2021
  • 26.01.2021
  • 22.01.2021
  • 20.01.2021
  • 17.01.2021
  • 11.01.2021
  • 8.01.2021
  • 29.12.2020
  • 26.12.2020
  • 26.12.2020
  • 25.12.2020
  • 5.12.2020
  • 4.12.2020
  • 19.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031