Elm / Təhsil
22.02.2021
426
Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb
Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.
Təhsil NAzirliyindən verilən məlumta görə, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
Azmarka.az