Elm / Təhsil
5.03.2021
179
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azmarka.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev “Şərəf” ordeni ilə təltif edilsin.
Azmarka.az