Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Aydan gətirilən torpaq 50 il sonra ilk dəfə...

50 il əvvəl Apollo 17 missiyası zamanı Ay səthindən toplanmış torpaq nümunələri nəhayət NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində tədqiq edilməsi üçün açılıb.

Azmarka.az xəbər verir ki, son Apollo missiyasından bəri açılmamış bu nümunələr çoxdandır ki, araşdırılmağını gözləyirdi.

NASA-nın Vaşinqtondakı Elm Missiyası İdarəsindəki direktor müavini Tomas Zurbuxen, "50 ildir vakuum altında saxlanılan bu inanılmaz qiymətli nümunəni açmaq fürsətimiz oldu və nəhayət içərisində hansı xəzinələrin olduğunu görə bildik", -deyib.

NASA ilk olaraq Aydan gətirilmiş qaya nümunəsini açıb. Bu kiçik qaya NASA astronavtları Eugene Cernan və Harrison J.Schmitt tərəfindən 1972-ci ilin dekabrında Toros-Littrow vadisindəki sürüşmə yatağından toplanıb. 36 santimetrlik silindrik boruda yerləşən bu nümunə hələ Ayın səthində ikən vakumlanaraq ağzı bağlanıb.

"73001" adlanan bu nümunədə alimlərə Ayın geologiyası ilə bağlı tarixi məlumat verə biləcək torpaq və qaya parçaları var. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031