Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Keçini xilas etməyə çalışan çobanın başına görün nə gəldi?

Hindistanın Qudcarat ştatının Mahisaqar rayonunun kəndlərindən birində keçini xilas etməyə çalışan çobanı timsah öldürüb.

Azmarka.az-ın məlumatına görə, hadisə çoban Punca Paqi çay sahilində keçiləri otararkən baş verib. Birdən onlardan birinə timsah hücum edib. Timsah keçini sürükləməyə çalışanda, kişi onun köməyinə qaçıb.

Sonra timsah heyvanı buraxıb və çobanı özünə hədəf seçib. O, çobanı dişləri ilə tutaraq suya çəkib. Nəticədə kişi ölümcül xəsarət alaraq dünyasını dəyişib. Onun meyiti daha sonra çayda tapılıb. /lent.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031