Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Keçmiş arvadı Arnold Şvartsnegerin sərvətinin yarısına sahib oldu

Keçmiş arvadı Mariya Şrayver Arnold Şvartsnegerin varidatının yarısına sahib çıxıb.

Azmarka.az bildirir ki, ötən gün keçirilən məhkəmə qərarına əsasən Mariya Şrayver evli olduqları müddətdə, yəni 1986-2011-ci ilə qədər qazandıqları varidatın tam yarısını alacaq. Bura Şvarstnegerin pensiyası da daxildir.

Xatırladaq ki, 1977-ci ildə tennis turnirində tanış olan Arnold Şvartsneger və jurnalist Mariya Şrayver 1986-cı ilin aprel ayında evləniblər. Cütlüyün bu nikahdan 4 övladı var. 2011-ci ildə cütlük boşandıqlarını elan edib. Ayrılığa səbəb kimi Şvartsnegerin xəyanəti iddia olunurdu. Bir qədər keçdikdən sonra aktyor evində xadimə işləmiş qadınla arvadına xəyanət etdiyini etiraf edib.

Cütlük 2011-ci ildən ayrı yaşasalar da, rəsmi boşanma 10 il sonra, yəni, 2021-ci ildə baş tutub. Rəsmi boşanmadan sonra cütlük bütün məsələləri dostcasına həll etməyi planlaşdırdığını açıqlamışdılar. Keçmiş ər və arvadın maliyyə məsələsini necə yoluna qoyacağı bəlli deyildi. Onların mülklərinin dəyərinin 400 milyon dollardan çox olduğu və aralarında heç bir nikah müqaviləsi olmadığı üçün tərəflər arasında bərabər bölünəcəyi qeyd olunurdu.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031