Dünyadakı qulların sayı 10 milyona çatdı

Azmarka.az: Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasına görə dünyadakı qulların sayı 9.3 milyon nəfər artıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Müasir dünyada köləlik məcburi əmək kimi başa düşülür. BƏT-nin hesablamalarına görə, bu say 27,6 milyon təşkil edir. Onların 3.3 milyonu isə uşaqlardır.

BƏT müəyyən edib ki, məcburi əməyin yarıdan çoxu orta və inkişaf etmiş ölkələrdə baş verir. COVID-19 pandemiyası, dünyada baş verən müharibələr və iqlim dəyişikliyi bu sayın daha da çoxalmasına səbəb olub.

Analitiklərin sözlərinə görə, ifrat yoxsulluğun səviyyəsinin daha da artacağı gözlənilir.

Qeyd edək ki, keçən il Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi (ECCHR) Alman şirkətlərini, o cümlədən “Hugo Boss” brendi və “Lidl” pərakəndə satış mağazasını qul əməyindən istifadə etməkdə şübhəli hesab edib.

Bununla yanaşı, Çinin uyğur türklərinə qarşı pis rəftarı və onları pambıq plantasiyalarında məcburi işləməyə vadar etməsi də bu problemlər arasındadır.