Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi bir neçə dəfə yüngül keçirirlər - İnfeksionist

Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.

Bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

M.Əliyev bildirib ki, koronavirusa yoluxma artsa da əvvəlki kimi alovlanmalar gözlənilmir:

"Səbəb isə odur ki, ölkəmizdə həm vaksin vurduranların, həm də xəstəliyə yoluxub-sağalanların sayı kifayət qədərdir. Hazırda koronavirusa yoluxanlar arasında peyvənd olunmayanlar və heç yoluxmayanlar üstünlük təşkil edir. Təkrar yoluxma isə çox azdır. Yaza qədər asta templə də olsa, yoluxmada artım müşahidə ediləcək. Yazdan sonra azalmalar olacaq.

Vaksin vurulandan altı ay sonra orqanizmdə anticisimlər azalır. Buna görə immunitet zəifləyir, üçüncü dozanın vurulması zərurəti yaranır. Vaksinin üçüncü dozasını vurduranların sağlamlığında müsbətə doğru ciddi fərq hiss olunur.

Belə ki, vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi bir neçə dəfə yüngül keçirirlər."

Azmarka.az

Digər xəbərlər

  • 30.10.2021
  • 29.10.2021
  • 23.10.2021
  • 20.10.2021
  • 13.10.2021
  • 11.10.2021
  • 9.10.2021
  • 7.10.2021
  • 6.10.2021
  • 25.09.2021
  • 29.07.2021
  • 16.07.2021
  • 13.07.2021
  • 2.07.2021
  • 12.06.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930