Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Omicron" ştammının yayılma sürəti "Delta"dan 70 dəfə çoxdur - İnfeksionist

Koronavirusun "Omicron" ştammının yayılma sürəti virusun "Delta" növündən 70 dəfə çoxdur.

Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Azərbaycanda virusun bu növünün aşkarlanması onu deməyə əsas verir ki, ölkəmizdə yoluxma sayında artım olacaq. Müəyyən olunub ki, virusun bu variantının öldürücülük qabiliyyəti zəifdir, lakin sürətlə yayılır. "Omicron" ştammının sürətlə yayılması kütləvi immunitetin yaranmasına və pandemiyanın bitməsinə səbəb ola bilər.

Bütün bunlara baxmayaraq, vətəndaşlar gigiyenik qaydalara riayət etsinlər. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır", - deyə o bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün Azərbaycanda 12 nəfərdə SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.

Azmarka.az

Digər xəbərlər

  • 10.01.2022
  • 2.12.2021
  • 2.11.2021
  • 21.10.2021
  • 11.08.2021
  • 31.07.2021
  • 25.07.2021
  • 6.07.2021
  • 1.07.2021
  • 29.06.2021
  • 28.06.2021
  • 28.06.2021
  • 17.03.2021
  • 7.03.2021
  • 7.01.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930