Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

TƏBİB: Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq

SAAT: 16:20

"Hər bir vaksinin əlavə təsirinin olması mümkündür. Bu da vaksinin tərkibi barədə vərəqədə bildirilir. Seçəcəyimiz vaksinin istehsalçısının tövsiyələri nəzərə alınacaq".

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, vaksinin əks göstərişləri və əlavə təsirləri var: “Bu səbəbdən hansısa şəxslərə vaksinlərin vurulmaması da var. Vaksinlərdən sığortalanma dünya praktikasında nəzərdə tutulmur. Vaksini vurduracaq şəxsin hər hansı başqa ölkəyə getməsindən asılı olmayaraq onun bədənində artıq immunitet yaranmış olacaq”.


***

Saat: 16:00

“Hazırda ölkədə vaksinasiya strateigyası hazırdır, bugünlərdə hökumət tərəfindən qəbul olunmalıdır”.

Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.

“Bizim ölkədə vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək”, o bildirib.


***
Saat: 15:32

“SARS CoV-2 virusu ağciyərlərdəki hüceyrələrə daha çox yayılır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB: Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq

O qeyd edib ki, virusun təhlükəli hissəsi olan RNT çoxalmağa başlayır: “Bu da bədənə zülalların daxil olmasını əngəlləyir. Antigenlərə qarşı anticisim deyilən maddələri orqanizmdə sintez etdirə bilsək xəstəliyə qarşı mübarizə də apara bilərik. Anticisim sintez edə bilməyən orqanizm xəstəliyə tab gətirə bilmir. Bu gün xəstəliyi ağır keçirən 10 % insan məhz bu qəbildən olanlardır. Törədiciyə qarşı konkret müalicə üsulu tapmaq lazımdır. Ən doğru seçim vaksinasiya metodudur. Bəzən bir insanın həyatını xilas etmək bir çox mütəxəssis çalışır və təbii ki, yoluxma riski də artmış olur”.


***

Saat: 15:19
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.

Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.

"Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı, bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq", - Mətbuat xidmətindən bildirilib.


***

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Səhiyyə nazirinin müavini Viktor Qasımov, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev jurnalistlərin suallarını cavablandırırlar.



Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 23.12.2020
  • 15.12.2020
  • 15.12.2020
  • 8.12.2020
  • 2.12.2020
  • 2.12.2020
  • 2.12.2020
  • 2.12.2020
  • 2.12.2020
  • 30.11.2020
  • 19.11.2020
  • 30.10.2020
  • 11.10.2020
  • 23.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031