Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ÜST Azərbaycana 2,5 milyon pulsuz tibbi maska göndərib

Azərbaycana 2,5 milyon ədəd maska gətirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır:

"Bunları birgə əməkdaşlıq etdiyimiz Azərbaycanın müxtəlif qurumlarına bölüşdürəcəyik. 2020-ci ilin sonunadək bütün bu maskaları təqdim edəcəyik".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva deyib ki, pandemiya dövründə fərdi qoruyucu vasitələrin fasiləsiz təminatı olduqca vacibdir:

"Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi maskaları təmənnasız təqdim etməsini yüksək qiymətləndiririk. Gələcək fəaliyyətlərində onlara uğurlar arzulayırıq".

O qeyd edib ki, maskalar əsasən ölkəmizin tibb müəssisələrinə veriləcək: “Tibb işçilərinin pandemiya dövründə qorunmaları vacibdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da tibb işçilərimizin infeksiyaya yoluxmamasına böyük önəm verilir. Belə tədbirlərin olması çox sevindirici haldır və dəstəkləyicidir. Bizim tibb müəssisələrimiz bu təqdim olunan maskalarla təmin olunacaqlar”.

Firəngiz Əliyevanın sözlərinə görə, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də vaksinlərdi: “Verilən suallardan biri də odur ki, hər birimizin ümid etdiyimiz peyvənd olunduqdan sonra maskaya ehtiyac olub-olmamasıdır. Amma əfsuslar olsun ki, bütün təşkilatların peyvənd almağa namizəd ölkələrə bildirdikləri kimi də hələ bir müddət maskalardan istifadə etmək məcburiyyətində qalacağıq. Bir müddət yenə də infeksiyaya yoluxmamaq üçün özümüzü qorumalıyıq. Bizim qızıl qaydalar dediyimiz: hər kəsin qoruyucu maskalardan düzgün istifadə etməsi, əl gigiyenasını və sosial məsafəni gözləmək lazımdır. Bu qaydaları unutmaq olmaz”.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031