Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Dünya mətbuatı: Azərbaycanda COVID-19-a yoluxmalar davamlı azalır

Bu ilin mart ayından etibarən Azərbaycanda COVID-19-a yoluxanların və ölüm hallarının gündəlik sayında davamlı azalma müşahidə olunur.

Bu barədə Çinin “China.org” portalı yazıb.

Portal qeyd edib ki, çərşənbə günü Azərbaycanda koronavirusa cəmi 13 yeni yoluxma halı qeydə alınıb və bununla da ümumi yoluxma sayı 792 651 nəfərə çatıb.

Son 24 saat ərzində daha 3 nəfər müalicə olunaraq sağaldığını, sağalananların ümumi sayının 782 872 nəfərə çatdığını vurğulayan mətbu orqan son 24 saat ərzində ölüm faktının qeydə alınmadığını əlavə edib.

Portal Azərbaycanda vaksinasiya ilə bağlı statiskanı təqdim edərək prosesin uğurla davam etdiyini diqqətə çatdırıb.

“Aprel ayında ölkə rəsmiləri bəyan etmişdilər ki, Azərbaycana gələn tam peyvənd olunmuş insanlar artıq PCR testlərindən keçməli olmayacaq, həmçinin bütün daxili reyslər üçün səyahət məhdudiyyətləri aradan qaldırılıb, səyahət edənlər artıq yola düşməzdən əvvəl testlərdən keçməli deyillər”, - portal qeyd edib.

Öz növbəsində ANİ agentliyi də Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının azaldığını, bir sıra məhdudiyyətlərin aradan qaldırıldığını vurğulayıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031