Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qlobal istiləşmə insanları cırtdanlaşdıra bilər - İDDİA

Britaniyalı alim iqlim böhranının insanların gələcək görünüşünə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyi ilə bağlı araşdırma aparıb.

Azmarka.az-ın xəbərinə görə, söhbət boy artımındakı dəyişikliklərdən gedir - qlobal istiləşmə insanların ölçüsünün nəzərəçarpacaq dərəcədə azalmasına təsir edəcək.

Edinburq Universitetinin professoru paleontoloq Stiv Brusatti bəşəriyyətin hazırkı vəziyyətini təxminən 55 milyon il əvvəl Yer kürəsinin temperaturu artdıqca kiçilmiş ilk artiodaktillərlə müqayisə edib.

Kiçik heyvanlar istiliyə daha dözümlüdürlər, çünki onların həcminə nisbətən daha böyük bədən səthi var və bu, həddindən artıq istiliyin atılmasına imkan verir. Bu o deməkdir ki, təkcə insanlar deyil, bütün digər məməlilərin də boyu kiçiləcək.

Brusatte qeyd edir ki, hazırda dünyanın isti yerlərində yaşayan heyvanlar soyuq ərazilərdəkindən daha kiçik olur. Bu ekoloji prinsip “Berqman qaydası adlanır. /lent.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031