Sağlamlıq
18.01.2021
455
Özümü yaxşı hiss edirəm - Peyvənd olunan baş həkim
Artıq 2 saatdan çoxdur ki, koronavirusa qarşı peyvənd olunmuşam.
Bunu Səhiyyə Nazirliyinin 1 saylı şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova deyib.
O qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: "Özümü yaxşı hiss edirəm, heç bir əks-reaksiyası yoxdur. Çalışıram ki, özümü qoruyum. 21 gündən sonra yenidən ikinci peyvənd vurduracağam. Mən tövsiyə edirəm ki, əhali bu fürsətdən istifadə etsin. Heç bir təhlükəsi yoxdur. Vaksinlər tam yoxlanılıb və sınaqdan çıxarılıb".\trend
Azmarka.az