Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Koronavirusun “Britaniya ştammı”nın dünyanın neçə ölkəsinə yayılması məlum oldu

İlk olaraq Böyük Britaniyada müşahidə olunan yüksək yoluxuculuğa malik koronavirus ştammı artıq dünyanın 60 ölkəsində yayılıb. Azmarka.az bildirir ki, TASS bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına istinadən məlumat yayıb.

“12 yanvar tarixindən etibarən 10 əlavə dövlət, ərazi və rayonda (koronavirusun müxtəlif növü) VOC-2020/01 aşkar edilib. Bu günə qədər ÜST 60 ölkənin ərazi və rayonunda bu tip virusların yayıldığı bildirilib. Cənubi Afrikadan gəldiyi bildirilən 501Y.V2 etiketli koronavirus növünün daha üç ölkədə müəyyən edildiyi və virus mutasiyasının ümumi sayının 23-ə çatdığı da qeyd edilir”.

Bundan əlavə, 12 yanvar tarixindən bəri Braziliyada koronavirusun P.1 adlandırılan daha bir variantı aşkar edilib və B.1.1.28 adlı başqa bir mutasiya hadisəsi barədə xəbər yayılıb. Mütəxəssislər bu növlərin daha yoluxucu olub-olmadığı və infeksiyaya yoluxduqda xəstəliyin daha şiddətli irəliləyib-irəliləmədiyini müəyyənləşdirmək üçün hələ yetərli məlumata sahib olmadıqlarını deyiblər.


Azmarka.az

Digər xəbərlər

  • 12.01.2021
  • 12.01.2021
  • 9.01.2021
  • 7.01.2021
  • 6.01.2021
  • 6.01.2021
  • 31.12.2020
  • 28.12.2020
  • 26.12.2020
  • 24.12.2020
  • 23.12.2020
  • 22.12.2020
  • 21.12.2020
  • 17.12.2020
  • 28.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031