Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ÜST COVID-19-un yeni mutasiyalarının yayılması ilə bağlı vəziyyəti qiymətləndirib

Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında bildirib.

“12 yanvar tarixindəki son yeniləmədən bu yana daha 10 ölkədə/ərazidə VOC-202012/01 mutasiyası aşkar edilib. Bu günə qədər ÜST-nin altı bölgəsində 60 ölkə bu ştammın aşkar olunduğunu bildirib”, - təşkilatın saytında dərc olunan sənəddə deyilir.

ÜST həmçinin ilk dəfə Cənubi Afrikada aşkar edilən koronavirusun digər mutasiyası olan 501.V2 ştammının daha ​​üç ölkədə tapıldığını açıqlayıb. Qeyd olunur ki, hazırda COVID-19-un bu variantının aşkar edildiyi ölkələrin sayı 23-ə çatıb.

Hesabata əsasən, son bir həftə ərzində dünyada 4,7 milyondan çox yeni yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm bir həftə əvvələ nisbətən 6 % azdır. Eyni zamanda ölüm sayı rekord səviyyəyə çatıb - 93 mindən çox olub. Bu isə öncəki hesabatla müqayisədə 9 % çoxdur.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031