Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ÜST koronavirusdan sağalanlara da peyvənd olunmağı tövsiyə etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edir. Bu barədə qurumun baş elmi əməkdaşı Sumya Svaminatan bildirib.

“COVID-19-dan sağalanların əksəriyyətində immunitet reaksiyası yaranır. Lakin bəzi xəstələrdə bu, elə də güclü deyil. Söhbət xəstəliyi çox yüngül keçirən və bəzən hətta yoluxduğundan xəbərsiz olanlardan gedir. Buna görə də daha əvvəl yoluxub-yoluxmadığınızdan asılı olmayaraq, peyvənd vurdurmağınızı tövsiyə edirik”, - o deyib.

“Müsbət məqam ondan ibarətdir ki, immunitet sistemi analoji antigeni və zülalı tanıyır. Buna görə də əvvəllər yoluxmuşdunuzsa və indi peyvənd olunursunuzsa, bu, sadəcə immunitet reaksiyasını artırıcı rolunu oynayır”, - ekspert bildirib.

Bununla belə Svaminatan ÜST-nin hələ koronavirus infeksiyasına qarşı yaranmış immunitetin nə qədər müddət orqanizmdə qaldığına cavabının olmadığını söyləyib. O, hələlik yalnız böyüklərin aşılanmalı olduğunu, uşaqlarla bağlı testlərin yaxın zamanlarda başlayacağını da sözlərinə əlavə edib.


Azmarka.az

Digər xəbərlər

  • 15.02.2021
  • 6.02.2021
  • 28.01.2021
  • 27.01.2021
  • 27.01.2021
  • 22.01.2021
  • 20.01.2021
  • 18.01.2021
  • 11.01.2021
  • 9.01.2021
  • 9.01.2021
  • 19.12.2020
  • 30.11.2020
  • 15.10.2020
  • 12.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930