Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Trampdan növbəti qalmaqallı addım: universitetlərə maliyyə yardımında yeni qayda

ABŞ Prezidenti Donald Trampın administrasiyası universitetlərdə dini qrupların müdafiəsinin genişləndirilməsinə xidmət edən siyasi təşəbbüslə çıxış edib. Yeni qaydalar ifadə azadlığını pozan kollec və universitetlərə federal təhsil yardımını kəsməklə hədələyir.

Azmarka.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Təhsil Departamentinin bu həftənin çərşənbə günü qəbul etdiyi və prezidenti seçkiləri mövsümünə təsadüf edən qayda 2019-cu ilin martında Trampın ABŞ təhsil ocaqlarında ifadə azadlığının qorunmasına yönəlik sərəncamını gücləndirir.

Həmin vaxt Tramp mühafizəkarların universitet kampuslarında sıxışdırıldıqlarını deməsinə diqqət çəkmişdi.

Yeni qaydaya əsasən, Təhsil Departamenti Hüquqlar Bəyannaməsinin Birinci Düzəlişini pozduğunu müəyyən etdiyi dövlət universitetlərinə qrantları dayandıra, yaxud tamamilə ləğv edə bilər.

Dövlət institutları habelə dini tələbə qrupların başqa kampus qrupları kimi hüquqlar və imtiyazlar vermədikdə maliyyə yardımını itiriə bilərlər.

"Tələbələr öz etiqadları və təhsilləri arasında seçimlə qalmamalıdır. Dini təşkilat tərəfindən nəzarət olunan universitet öz dini incanlarını Təhsil Departamentinin qrant və proqramlarında iştirakı naminə qurban verməməlidir" – deyə Birləşmiş Ştatların Təhsil naziri Betsy DeVos bildirib.

"Tələbələr öz etiqadları və təhsilləri arasında seçimlə qalmamalıdır. Dini təşkilat tərəfindən nəzarət olunan universitet öz dini incanlarını Təhsil Departamentinin qrant və proqramlarında iştirakı naminə qurban verməməlidir" – DeVos əlavə edib.

Bir sıra dini qruplar yeni qaydanı alqşlayaraq universitet administrasiyalarının bir çox hallarda tələbələrə dini əsas ayrıseçkiliyə məruz qoyduqlarını deyiblər. Bəziləri 2018-ci ildə Ayova Universitetində dini tələbə qruplarının buraxılmasına diqqət çəkiblər.

Həmin insidentdə universitet rəhbərliyi kampusdakı xristian qrupa qarşı qrupun homoseksual tələbənin liderlik mövqeyi tutmasına imkan verməməsindən sonra cəza tədbirləri görmüşdü.

Öz qaydasında Təhsil Departamenti spesifik olaraq universitetlərə dini qrupları “səmimi dini inanclara əsaslanan liderlik standartı” əsasında ayrıseçkiliyə məruz qoymağı qadağan edir.

Bəzi universitetlər bu addımı lüzumsuz ölçü kimi qiymətləndirirlər. Onların rəyincə, cərimələr olduqca sərtdir və universitetlər yeni qaydaya əsasən asanlıqla maliyyə yardımını itirə bilərlər.

"Biz buna seçki ilində siyasi motivasiyalı həll yolu kimi baxırıq. Bu addım prezidentin elektoral bazasının müəyyən kəsimi qarşısında xal qazanmasına xidmət göstərir" –Amerika Təhsil Şurasının vitse-prezidenti Terry Hartle bildirib.

Tramp ötən il president sərəncamı verəndə "Dönüş Nöqtəsi ABŞ" adlı mühafizəkar qrupu təşviq edən fəalın Kaliforniya Universitetinin Berkeley kampusunda yumruqla vurulmasını misal gətirmişdi.

Tramp iyul aynda mövzunu yenidən gündəmə gətirərək məktəb və univeristetlərin vergilərdən azad statusunu ləğv etməklə hədələyib.
"Həddən artıq univeristetlər və məktəb sistemləri Təhsil yox, Radikal Solçu İndoktrinasiya ilə məşğuldur" – deyə ABŞ Prezidenti "Tvitter" sosial şəbəkəsində yazmışdı.



Azmarka.az

Digər xəbərlər

  • 3.11.2020
  • 30.10.2020
  • 18.10.2020
  • 16.10.2020
  • 15.10.2020
  • 11.10.2020
  • 11.10.2020
  • 8.10.2020
  • 6.10.2020
  • 2.10.2020
  • 30.09.2020
  • 26.09.2020
  • 23.09.2020
  • 19.09.2020
  • 2.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031