Təhsil
14.01.2021
461
Magistratura imtahanları ilə bağlı sənəd qəbulu yanvarın 30-na qədər başlaya bilər
Magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlamaq istəyirik, lakin bu, ölkədəki karantin rejimindən asılı olacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, imtahanlarla bağlı məlumat dəqiqləşdirildikdən sonra veriləcək: “Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.
Azmarka.az