Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Parlament yeni tipli təhsil müəssisələrinin yaradılması ilə bağlı layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi üşüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə yeni tipli təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisəsi) təklif edilən dəyişikliklə valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar təhsil müəssisələrinin tipləri və növləri siyahısına daxil edilir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilib:

Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Azmarka.az

Digər xəbərlər

  • 29.12.2020
  • 25.12.2020
  • 7.12.2020
  • 30.11.2020
  • 26.11.2020
  • 18.11.2020
  • 11.11.2020
  • 3.11.2020
  • 2.11.2020
  • 18.10.2020
  • 13.10.2020
  • 8.10.2020
  • 30.09.2020
  • 29.09.2020
  • 2.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031