Təhsil
27.03.2021
130
BDU-nun laboratoriya müdiri vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.
Azmarka.az-ın məlumatına görə, N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb.
1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!
Azmarka.az